Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir
Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir.
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib.
Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kvadrat kilometrdir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.























































