Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Sumqayıtdakı hadisənin şahidləri danışdı - Video
Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.
“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, hadisəyə şahid olan qonşular silahlı hücumun necə baş verdiyini danışıblar. Onlar zərərçəkmiş ailənin çox mehriban insanlar olduğunu, hansısa düşmənlərinin olmadığını bildiriblər.
Qeyd edək ki, hücumda Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş öldürülüb. Bundan başqa, Tərlan Fərəcova və Türkiyə vətəndaşı Serkan Karakaş yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.
Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.Ad - 00:23Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.






















































