Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

27 Ekm 08:41Manşet / Gündəm

Uşaqlar bizim gələcəyimizdir

 

Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin əsas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır. Əlbəttə ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Sağlam cəmiyyətdə gələcəyimizin sağlam övladları böyüyür və tərbiyə alır.                               20 oktyabr-20 noyabr tarixlərində ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə "Uşaq hüquqları aylığı" elan edilir. Bununla bağlı tədbirlər noyabrın 20-dək davam edir. Bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet  istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı 1çün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.                       Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq Hüquqları aylığı" elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələrdir və bu təhlükələrə qarşı mübarizə aparılmalıdır. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsi önəmlidir. Qız uşaqlarının erkən nigaha cəlb edilməsi hazırki dövrümüzün aktual problemidir. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nigah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, bir ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nigah hallarının baş verməsidir. Erkən nigah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına almaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nigaha və uşaq evliliyinə  məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi dəyərləndirilməlidir. Erkən nigah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Belə tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır fizioloji və psixoloji travma almalarına səbəb olur. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Azərbaycan qanunvericiliyimı görə yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Rəsmi nigahın bağlanması üçün iki əsas şərt var: nigah könüllü və nigah tərəflərin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilən bir çox dövlət proqramlarında, strateji sənədlərdə məişət zorakılığı, erkən nigah hallarının azaldılması məqsədi ilə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.  20 oktyabr-20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı" keçirilir. Bu aylıqlar çərçivəsində, həmçinin müntəzəm olaraq müxtəlif sahələr üzrə, o cümlədən qadın, uşaq hüquqları, məişət zorakılığı, gender bərabərliyinin təmini, erkən nigah halları, valideyn məsuliyyəti və digər məsələlərə dair bir sıra maarifləndirmə tədbirləri həyata keçirilir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir ölkənin, xalqın inkişaf göstəricisi sayılır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır. Dövlətin ən qiymətli sərvətlərindən biri olan uşaqları sağlam, cəmiyyət üçün, ölkənin gələcəyi üçün yararlı yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Ailələrdə tərbiyə alan hər bir uşaq öz milli köklərinə bağlı, böyüklərə hörmət hissi ilə böyüməlidir. Gələcək mirasımız olan uşaqların xoşbəxt böyüyüb, yaşaması üçün hər birimiz çalışmalıyıq. Bu gün ədliyyə sahəsi günü-gündən inkişaf edir, təkmilləşir. Biz ədliyyə işçiləri olaraq ulu öndərin formalaşdırdığı müasir ədliyyə sisteminin səmərəli fəaliyyətinə çalışır, demokratik hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması, qanunun aliliyi naminə bilik və bacarıqlarımızı əsrgəmirik.


 

Aytən  Cahangir qızı Muradova


2 saylı Bakı " Asan xidmət " mərkəzində Ədliyyə Nazirliyinin


Qeydiyyat  şöbəsinin rəisi kiçik ədliyyə müşaviri