DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Ədliyyə sistemi günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır
22 oktyabr-ədliyyə işçilərinin prşə bayramıdır
Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb. Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Artıq 23 ildir ki, ədliyyə və məhkəmə orqanlarının peşə bayramları böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.
Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı biz ədliyyə işçiləri olaraq hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirik. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir.
Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır. Böyük Vətən Müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı şanlı qələbə ilə möhtəşəm şəkildə qeyd edirik biz ədliyyəçilər.
10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını 22 ildən sonra biz ədliyə işçiləri olaraq yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ali Baş Komandan başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi.
Möhtərəm Prezidentimizin yüksək diqqətində olduğu daim hiss edilən Azərbaycan ədliyyəsi günbəgün müasirləşir. Nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür.
Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı. Möhtərəm Prezidentimizin noyabrın 10- da xalqa müraciətində dediyi sözlər – “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” hər bir ədliyyə işçisinə peşə bayramında ən qiymətli hədiyyədir.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir, bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırlar.
Ədliyyə işçiləri Vətən müharibəsinin ilk günündən dövlətimizlə, ordumuzla həmrəylik nümayiş etdirmiş, könüllü olaraq cəbhəyə yollanaraq Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşlar. Eyni zamanda informasiya savaşında mübarizə apararaq Azərbaycanın ədalətli mübarizəsinin, haqq işinin təbliğ olunmasında, xüsusilə mənfur düşmən Ermənistanın işğalçılıq siyasətinin, müharibə cinayətlərinin ifşa olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında yaxından iştirak edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər. Xalqımızın qalibiyyət rəmzi - Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad olunması hər birimiz üçün böyük qürurdur. Təsadüfi deyil ki, dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü təsis edilmişdir. Bu bayram 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününü xüsusilə əlamətdar etməklə Azərbaycan ədliyyəsində böyük qələbəmizin sevinci ilə qeyd edilir.
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Bu zəfər salnaməsinin təməlində dövlət başçısının güclü iradəsi, müstəqil siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, eyni zamanda azərbaycan xalqının birliyi dayanır. Respublika Prezidenti tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə və məhkəmə işçiləri çoxsaylı medallara layiq görülmüş, döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhid olmuş nazirliyin əməkdaşı Ruhin Xəlilov 4 medalla təltif olunmuşdur. Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunmuş, həmçinin nazirlik və Penitensiar xidmət tərəfindən onların qayğıları daim diqqət mərkəzində saxlanılmışdır. Bir əsrdən artıq tarixi olan və dövlətin hüquq siyasətinin həyata keçirməsini özünün şərəfli peşəsi hesab edən Azərbaycan ədliyyəsi 44 günlük Vətən müharibəsində haqqın, ədalətin zəfər çalmasına, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpasına və beynəlxalq hüququn təntənəsinə şahidlik etmişdir. Bu il də ədliyyə işçiləri olaraq 22 noyabr peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edirik. Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəyimizə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifəmizin öhdəsindən layiqincə gələ biləcəyimizə əminik. Ədliyyə işçisi olaraq indi öz peşə bayramımızı daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir.
Peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edən biz ədliyyə işçiləri ölkəmizin inkişafına uyğun olaraq öz vəzifəmizi hər zaman layiqincə yerinə yetirmək, bundan sonra daha məsuliyyətlə çalışmaq əzmindəyik. Bu gün cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə ədliyyənin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir, bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində hər birimiz möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırıq.
Bir ədliyyə işçisi kimi bu qələbə bizi də çox sevindirdi, fəxarət hissi keçirdik. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirdi. Xalqımıza yaşatdığı qürurlu və sevincli günlərə görə, cənab Prezidentimizə, Ali Baş Komandanımıza çox sağ olun deyirik.
Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! Həm 8 noyabr zəfər bayramı, həm də 22 noyabr bütün ədliyyə işçilərini xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi