Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Şəfalı əlləriniz var olsun

2012-ci ilin aprel ayı idi. Orta məktəbi bitirənlər, hər kəs öz arzusu ilə sənədlərini qəbul komissiyasına təqdim edirdilər. Sənəd Qəbulu Komissiyasına, bir sakit təbiətli, çox yüksək davranış qabiliyyətinə malik, xarici görünüşü ilə daxili aləmi bir-birini tamamlayan bir gənc daxil oldu. Salam verib, sənədlərini verməsi ilə əlaqədar gətirdiyi sənədləri mənə təqdim etdi. Soruşdum ki, -" Hansı peşəyə marağın var? ". O, bir qədər fikirləşib, tibb işçisi olmaq, insanların sağlamlığının keşiyində durmaq mənim ən böyük arzumdur.- dedi. Gənc danışdıqca, onda sakit təbiəti ilə yanaşı utancaqlıq hissi də büruzə verirdi. Onun bütün sənədlərini yoxladıqdan sonra, sənədlərin qaydasında olmasını izah edib, sənədləri təlimata uyğun qəbul etdim və ona xoş arzularımı çatdırmaqla uğurlar arzuladım. Bu gənc Zərbəliyev Zakir Əlizamin oğlu idi. Onun sənədlərinə əsasən, 1995-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açması , 2012-ci ildə F.Dəmirov adına Təklə kənd tam orta məktəbini bitirməsi və zəhmətkeş bir ailədə böyüyüb, hələ uşaq yaşlarında zəhmətə alışması və s. məlumatları əldə etdim.
Bu gəncin gələcək taleyini öz diqqətimdə saxladım. Qəbul imtahanlarından müvəffəq qiymət alıb, Lənkəran Tibb Kollecinə qəbul olması məni bir müəllim kimi sevindirdi. İllər keçdi, Zakir Lənkəran Tibb Kollecini əla qiymətlərlə bitirərək, Masallı Rayon Mərkəzi Xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2018-ci ildə yüksək tibbi biliyə malik olmasını nəzərə alaraq, Zakiri, ASAN xidmətdə tibb qardaşı kimi fəaliiyət göstərməsi üçün dəvət almışdır.Hazırda,Masallı Rayon Mərkəzi Xəstəxanasında və Masallı rayonunda yerləşən BİTNET təhsil mərkəzində fəaliyyət göstərən tibb kursunda öz tibbi biliyini və təcrübəsini kursun müdavimlərinə sevə-sevə öyrədir.
İşlədiyi kollektivlərdə Zakir, öz işgüzarlığı, savadı, təvözəkarlığı ilə seçilərək kollektivin sevimli üzvünə çevrilmişdir. Eyni zamanda Zakir, həm tibb işçisi kimi həm də öz yüksək əxlaqı, mədəniyyətinə görə kənd camaatı arasındaböyük hörmət qazanmışdır. O, hər bir xəstəyə həkim təyinatı ilə əlaqədar ilk yardımın düzgün icrasına nail olur. Həmçinin bu gənc, ehtiyacı olan hər bir şəxsə təmənnasız yardım edir.Belə gənclərimizin çox olması, ölkəmizin iqtisadiyyatının, hərbisinin gücləndirilməsində, insanların sağlamlığının keşiyində ayıq-sayıq durması təqdirəlayiqdir.Tibb qardaşı Zakirə mənalı sağlam həyat və yeni-yeni uğurlar arzu edirəm. Şəfalı əlləriniz var olsun.
Soltanağa Cəfərov.
AJB-nin üzvü. "Qızıl Qələm Media Mükafatı Laureatı"























































