DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi
Artıq növbəti addımların atılması zamanı çatdı - Qarabağdakı erməni əhalisinin reinteqrasiyası prosesi və hazırkı dövrə qədər xunta rejiminə aid cinayətkarların Azərbaycan qanunları qarşısında cavab vermə saatlarının yaxınlaşması...
Beləliklə, cəmi 23 saat ərzində Azərbaycan Silahlı Qüvvələri keçirilən antiterror tədbirləri nəticəsində separatçı tör-töküntülərini dizə gətirdi və bu fakt bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Artıq Qarabağ məsələsi 20 sentyabr 2023-cü ildə birdəfəlik bağlandı!
Nəticədə son söz deyildi - terrora antiterrorla cavab verildi və Ermənistanın havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu.
Belə ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 il BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti məzara gömüldü. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi.
Lakin sonrakı 3 ildə də Bakı səbr və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma "prezident seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi!
Nəticədə son söz deyildi - terrora antiterrorla cavab verildi və Ermənistanın havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu.
Prezident İlham Əliyev bu dəfə də erməni işğalına bu və ya digər şəkillərdə dəstək göstərən müxtəlif dairələrin var-gəllərinə, çığır-bağırlarına əhəmiyyət verməyərək, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması üçün qırmızı düyməyə basdı və...
Daha bir diqqətçəkən məqam isə bu oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də erməni işğalına bu və ya digər şəkillərdə dəstək göstərən müxtəlif dairələrin var-gəllərinə, çığır-bağırlarına əhəmiyyət verməyərək, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması üçün qırmızı düyməyə basdı və...
Və cəmi 23 saatda düşmənin başı əzildi! Bəli, bu, növbəti bir zəfər dastanı kimi tariximizin şanlı səhifəsinə yazılan reallıqdır. Bu müddət ərzində dünya növbəti dəfə şahidi oldu ki, Silahlı Qüvvələrimiz necə yüksək peşəkarlığa malik yenilməz Ordudur. Azərbaycan istədiyini həyata keçirdi, bütün şərtlərini düşmənə qəbul etdirdi. Azərbaycan bundan sonra artıq bütün ərazisinə tam nəzarət edəcək, "boz zona" deyilən ifadə isə ömürlük aradan qaldırılır.
General: "Azərbaycan Cənubi Qafqazdakı gücünü dosta-düşmənə birdəfəlik göstərdi"
Bu arada, ehtiyatda olan türkiyəli general Yücel Karauz baş verənlərlə bağlı ölkə mətbuatına açıqlamasında deyib ki, Ermənistan və Qarabağda yaşayan bütün ermənilər ağ bayraq qaldıraraq bütün şərtləri qəbul etdilər: "Bu, əslində, 10 noyabrdan sonra Ermənistanın ikinci dəfə ağ bayraq qaldırmasıdır. İndiki vəziyyət kaş ki, 34 ay əvvəl olardı. Erməni xalqı Azərbaycanın çağırışlarına qulaq asmadan terror fəaliyyəti ilə məşğul oldular. Azərbaycan öz əsgər, ordu və diplomatları ilə bir daha doğru yolu göstərdi. Azərbaycan Ermənistana bir daha dəmir yumruğu və gücünü göstərdi".
General əlavə edib ki, son əməliyyatı yalnız güclü siyasi lider, dövlət quruluşu və ordu edə bilərdi: "Azərbaycan isə bunu etdi. Azərbaycan Cənubi Qafqazdakı gücünü dosta-düşmənə birdəfəlik göstərdi. Ümid edirəm ki, Ermənistanın ağ bayraq qaldırması və qeyri-şərtsiz təslim olması bir oyun olmaz. Azərbaycan vətəndaşı olaraq Azərbaycan bayrağı və Azərbaycan Konstitusiyası ilə yaşamağa davam edərlər. Bu ikinci dəmir yumruq əməliyyatı Azərbaycan xalqı və ordusu üçün xeyirli olsun".
Beləliklə, artıq növbəti addımların atılması zamanı çatdı - Qarabağdakı erməni əhalisinin reinteqrasiyası prosesi və hazırkı dövrə qədər xunta rejiminin cinayətkarlarının Azərbaycan qanunları qarşısında cavab vermə saatlarının yaxınlaşması...
Orxan Abutalıbov