Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

03 Ekm 13:38Manşet / Gündəm / Siyasət

Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və banisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ona görə də, bu Sərəncam həm də böyük mənəvi əhəmiyyəti olan dövlət sənədidir.

Söhbət təkcə müasir deyil, ümumilikdə Azərbaycan tarixinə adını əbədi həkk edən böyük dövlət xadimi və siyasətçidən - qüdrətli şəxsiyyət Heydər Əliyevdən gedir. Zəngin həyat yolu ilə məhsuldar fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayan, unikal şəxsiyyətində dərin həyat fəlsəfəsini ehtiva edən Ümummilli liderin gördüyü müstəsna dərəcədə əhəmiyyətli işlər müasir gəncliyin öyrənməli olduğu irsdir. Bu irsin elmi şəkildə araşdırılması və gəncliyə çatdırılması isə mütəxəssislərin üzərinə düşən mühim vəzifədir. Gənclərimizlə məhz təməli Heydər Əliyev tərəfindən qoyulan, sonradan Heydər Əliyevin iradəsi ilə qorunaraq saxlanılan,güclü şəkildə inkişaf etdirilərək Azərbaycan gəncliyinə əmanət verilən azad, müstəqil, suveren Azərbaycan Respublikasında böyüyüb yetişibdir.

Ümummilli lider Heydər Əliyevin xalqımızın çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə milli dövlətçiliyimizin çoxəsrlik tarixinə taleyüklü mühüm hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaosun qarşısı məharətlə alındı. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticəsində yeni cəmiyyət və  dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Bütövlükdə, öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.Dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsi, müasir qanunvericilik bazasının yaradılması, yeni idarəetmə üsullarının tətbiqi istiqamətində mühimişlər görüldü. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. Bu dahi şəxsiyyət Azərbaycana bir-birindən tam fərqli iki dövrdə - keçmiş SSRİ dönəmində (1969-1982) və dövlət müstəqilliyimizin bərpasından sonrakı 10 ildə (1993-2003) rəhbərlik edib. Heydər Əliyev Azərbaycan intibahının müəllifi hesab olunur. 1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. İntibaha aparan yolun başlanğıcı qoyuldu.Dünyanın siyasi tarixində dərin izlər buraxmış Ümummilli lider hələ o zamandan respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi.

Təkcə onu demək kifayətdir ki, Ümummilli liderin rəhbərlik etdiyi ilk beş ildə, 1969-1974-cü illərdə ölkədə 198 elmlər doktoru, 1781 elmlər namizədi müdafiə edib, elmi-tədqiqat institutları, ali məktəblər, elm və təhsil müəssisələri yüksək ixtisaslı peşəkarkadrlarla təmin edilib. Bu illər ərzində ali təhsil müəssisələrinin sayı Azərbaycan Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutunun yaradılması ilə genişlənmişdir. Birbaşa Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə ölkədə yaradılan, gələcək azərbaycanlı hərbi zabitlərin yetişməsində müstəsna rol oynayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi Ümummilli liderin həyatımızın bütün sahələrinə həssaslıqla yanaşmasının nümunəsidir.

Ulu öndər Heydər Əliyev cəmiyyətin elm və təhsilə, elmi potensiala, alim və müəllimlərə münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, ictimai fikri doğru şəkildə istiqamətləndirirdi. Ümummilli lider keçən əsrin 70-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsla əsirgəmirdi. Məhz o vaxtlardan başlayaraq Ulu öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdıldı, tədqiqat işlərinin səviyyəsi yüksəldi, istiqamətləri genişləndirildi, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edildi.

Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının qaldırılmasına yönəltmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata keçirilməsindən qaynaqlanır. Heydər Əliyev yolunu ən layiqli şəkildə, qətiyyətlə və inamla davam etdirən, dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi altında keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz tərəfindən azad edilməsi vaxtilə Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Qələbəyə aparan yolun əsasını illər öncə Ulu öndər özü müəyyən etmişdi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxartdı, Prezidentimiz İlham Əliyev isə Azərbaycanı daha da inkişaf etdirərək, ölkəmizi tarixinin qüdrətli və qalib dövlətinə çevirdi. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələri göz önündədir.

Hacı Namik

İş adamı 

 

Hazırladı: Vüqar Əsədov