Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

28 Eyl 09:17Manşet / Gündəm

“HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”

 

      İlk öncə sentyabrın 19-20-də, Azərbaycan Silahlı Qüvvələrinin  Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələri zərərləşdirərək silahı yerə qoymaları və tərk-silah olmaları üçün keçirdiyilokal antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyinə görə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər“ Fondunun Himayəçilər Şurasının və çox saylı üzvləri adından, Azərbaycan Silahlı Qüvvələrinin Müzzəfər Ali Baş Komandanı İlham Əliyev Cənablarını, Azərbaycan Silahlı Qüvvələrinin bütün əsgər və zabitlərini və Azərbaycan xalqını təbrik edirik.Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşlara isə Allahdan rəhmət diləyirik.

 

       Günümüzün ən aktual mövzusu olan, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində qaldırılmış mövcud problemlər haqında qeyd etmək istəyirik ki, şəhid ailələrinin, müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən­camlarla davam etdirilir.

      Bundan əlavə isə Cənab Prezident keçirdiyi tədbirlərdə dəfələrlə xüsusi ilə qeyd edərək bildirmişdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!

      Çox təəsüflər olsun ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların əksəriyyəti son illər Cənab Prezident tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək tibbi-sosial problemlərlə üzləşirlər.

      Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.    

      Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə, Şanlı Zəfər qələbəsini xalqımıza bağışlamış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq.

       Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək, onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, onların vətənpərvərlik ruhlarını və hisslərini sarsıtmamalıdırlar.

      Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy­yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemləri deyil, həmçinin bütün cəmiyyətin problemi sayılmalıdır.

      Məhz bu amallada, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondugünümüzün vacib və aktual məsələlərindən biri olan, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsini həyata keçirdir.

      Həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını aidiyyəti olanSəhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.

      Layihəsi çərçivəsində müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilərək intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minumuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik edilir.

        Müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına  qarşı göstərdikləri diqqət və qayğı böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına dahada müsbət təsir  göstərəcəkdir. 

       Canlarını Vətən, Millət, Dövlət  uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.  Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər.

      Cəmiyyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin rəşadəti həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsinin ən önəmli istiqamətlərindən biridir. 

      “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək”layihəsini maliyələşdirdiyi üçün, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər“ Fondunun Himayəçilər Şurasının və çox saylı üzvüləri adından, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivinə öz təşəkkürümüzü bildiririk. 
 
      Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının xatirəsi daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz!
    Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!

 

 

            Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fondunun Prezidenti,

            Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Sərraf Orucov