Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Milli qəhrəman Mehdi Abbasova həsr olunmuş “Amalı Vətən” filminin təqdimatı keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Abbasov Mehdi Yusif oğluna həsr olunmuş “Amalı Vətən” sənədli filminin nümayişi baş tutub.
"Respublika" xəbər verir ki, film Qərbi Azərbaycanın Amasiya rayon İcmasının təşkilatçılığı ilə keçirilən "Dövlət siyasətimizin və qələbəmizin uğurları" adlı Konfrans çərçivəsində təqdim olunub.
Qeyd edək ki, Milis baş leytenantı Mehdi Abbasov Yusif oğlu 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. Mehdi Abbasov 1981-ci ildə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi “SSRİ idman ustası" adını alır. O, 1989-cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir.
Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara alır. Beləliklə, 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikası DİN-nin sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-də xidmətə başlayır. Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O, həmçinin 4 dəfə DİN-nin mükafatlarına layiq görülmüşdür. “Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə olub. Məlikcan postu ətrafında qızğın döyüşlər gedən zaman snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara
bilir, lakin elə həmin gün o əbədi olaraq gözlərini həyata yumur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilən Milli Qəhrəmanın adı İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə verilib.
Nəzrin ELDARQIZI,
"Respublika".


































































