Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elton Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Elton Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elton Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Elton Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Elton Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elton Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elton Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Elton Məmmədov - 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın müxtəlif vaxtlarda və istiqamətlərdə, eləcə də həmin gün bütün cəbhəboyu ərazilərimizdə başlatdığı hərbi təxribatlarına qarşı həyata keçirilən əks-hücumu əməliyyatı nəticəsində tarixi zəfər qazandıq. Bu qalibiyyət dövlətimizin və xalqımızın yenilməzlik, məğrurluq, qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, 30 ilə yaxın müddətdə erməni işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bütün dünya azərbaycanlıları, eləcə Azərbaycana dost, qardaş dövlət və millətləri sevindirən bu zəfər müasir tariximizin ən unudulmaz səhifəsinə çevrildi. Bu gün dövlət başçıssı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti sonsuz qürur hissi ilə xatırlayırıq. Vətən müharibəsindəki qələbəmizdən sonra məhv edilmiş, dizi üstə çökdürülmüş Ermənistan silahlı qüvvələri təslim olaraq, öz acizliyini etiraf etmiş və 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu üçtərəfli sənədin imzalanması Azərbaycanın qalibiyyətini sübut etməklə yanaşı, həmçinin Ermənistanın biyabırçı və utancverici acı məğlubiyyətinin isbatı idi.
Qeyd etmək lazımdır ki, bu bəyannamənin imzalanması ilə işğalçı Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürdü. Təəssüflər olsun ki, postmüharibə dövrününü davam etdiyi 3 il ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə yanaşı, müxtəlif vaxtlarda atəşkəs rejimini kobud şəkildə pozaraq, xalqımıza qarşı təxribatlarını davam etdirdi. Ermənistandakı şovinist, revanşist qüvvələr baş qaldıraraq ölkəmizə və ərazi bütövlüyümüzə qarşı siyasi və hərbi təxribatları özündə əks etdirən sərsəm bəyanatlarla özlərinin əsl mahiyyətlərini bir daha ortaya qoymuş oldular. Mina terrorunun hələ də davam etməsi, postmüharibə dövründə 300 nəfər azərbaycanlının bu terrorun qurbanı olması, Azərbaycana təhvil verilən mina xərtitələrinin sadəcə 25 faizinin uyğunluğu, hazırkı dövrdə 2021-ci il Ermənistan istehsalı olan minaların torpaqlarımızda basdırılması erməni xislətinin, onun mənfur niyyət və əməllərinin bariz nümunəsidir. Görünür istər Vətən müharibəsindəki məğlubiyyəti, istərsə də 10 noyabr kapitulyasiya aktı onlara dərs olmayıb. Ermənistanın təxribatlarına qarşı Azərbaycan hər zaman qətiyyətli mövqe nümayiş etdirib. İstər qarşı tərəflə təmaslar zamanı, istərsə də müxtəlif beynəlxalq tribunalardan baş verənlərə son qoyulması haqqında xəbərdarlıqlar edilib. Lakin Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmayaraq daha da azğınlaşaraq ölkəmizə hücumlarını və təhdidlərini davam etdirib.
Bu təxribat və təhdidlərə cavab olaraq Azərbaycan Ordusunun bu ilin sentybarın 20-də başlatdığı antiterror tədbirləri zamanı ölkəmizin Qarabağ bölgəsində yerləşmiş qanunsuz erməni silahlı birləşmələri yenidən ağır məğlubiyyətə uğradılaraq təslim olmağa vadar edilmişdir. Beləliklə, beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə erməni silahlı qüvvələri təslim olduqlarını bildirmiş və Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamışdır.
Yevlax şəhərində Azərbaycan tərəfinin və Qarabağdakı erməni icmasının nümayəndələri arasında baş tutan görüş bu məğlubiyyətin nəticəsi idi. Beləliklə, qanunsuz erməni silahlı birləşmələri Qarabağ tərk edəcəyini, tərkisilah olacaqlarını, bütün silah, hərbi texnika və sursatlarını təhvil verəcəklərini öhdələrinə götürüblər. Yalnız bundan sonra antiterror tədbirləri dayandırılıb.
Cəmi bir gün ərzində lokal xarakterli antiterror tədbirləri ilə ordumuz qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın suverenliyini bərpa etdi.
Hər birimiz müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuzla, zabit və əsgərlərimizlə fəxr edirik. Ordumuzun qəhrəmanlığı bütün dünya üçün əsl nümunədir.