Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Qırğızıstanda ata-anasını qocalar evinə göndərənlərə sərt cəza veriləcək
Qırğızıstanda valideynlərini qocalar evinə yerləşdirən və onlara aliment ödəməyən vətəndaşların cəzalandırılması təklif edilir. Müvafiq qanun layihəsini Joqorku Keneşin (Parlament) deputatı Tazabek İkramov hazırlayıb və artıq parlamentin müvafiq komitəsi tərəfindən bəyənilib.
Valideyn himayəsindən yayınmağa (alimentin ödənilməməsinə) görə 50-100 min som (təqribən 960-1900 manat) cərimə və ya bir ildən iki ilədək həbs cəzası təklif edilir.
Sakin qocalar evinə qoyularsa, direktor aliment üçün məhkəməyə müraciət etməlidir. İkramovun sözlərinə görə, bu, ona görə lazımdır ki, indi yaşlı vətəndaşlar aliment almaq üçün ərizə yazmaqdan imtina edirlər. Deputat elə şərait yaradılmasını təklif edir ki, heç bir Qırğızıstan vətəndaşı valideynlərini qayğısız qoymasın.
“Valideynini qoyub gedən adamın ölkəyə heç bir xeyri olmaz, belə adamlar dövlət qulluğuna qəbul edilməyəcəklər”, - deyə İkramov bildirib.
Mənbə: Oxu.Az























































