31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
İraqda İŞİD komandiri yaxalanıb
İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yüksək rütbəli komandirini saxlayıb.
Bu barədə İraqın müvafiq qurumu “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Diqqətli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə xidmətinin əməkdaşları kürd birləşməsinin əməliyyat şöbəsi ilə birlikdə Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, - deyə məlumatda bildirilir.
Vurğulanır ki, Bahari İŞİD qruplaşmasının “xarici batalyon”una rəhbərlik edib.
Məlumatda həmçinin qeyd olunub ki, əməliyyat ölkənin baş naziri, eyni zamanda İraq Silahlı Qüvvələrinin baş komandanı olan Məhəmməd əl-Sudaninin göstərişi ilə həyata keçirilib.
Mənbə: Oxu.Az























































