Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Hikmət Hacıyev: “Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”
“Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hazırda Azərbaycanla Ermənistan arasında müşahidə edilən gərgin vəziyyəti şərh edərkən bildirib.
O, Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi və Ermənistanın qəbul etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparıldığını xatırladıb.
“İki ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik bu prinsiplərin təməl daşıdır. Təəssüf ki, son vaxtlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, o cümlədən Ermənistanın baş nazirinin 2 sentyabr tarixində Qarabağdakı tanınmamış qanunsuz rejimə “müstəqillik günü” münasibəti ilə təbriki sülh prosesinə ciddi ziyan vurub”.
Prezidentin köməkçisi Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün deklarativ şəkildə tanınmasına baxmayaraq, faktiki olaraq, İrəvanın Ermənistanın dövlət büdcəsindən Azərbaycan ərazisində qanunsuz separatçı xuntanı, o cümlədən, əsasən, Qarabağdakı Ermənistan silahlı qüvvələrindən ibarət silahlı birləşmələri maliyyələşdirməkdə davam etdiyini vurğulayıb.
“Qarabağda Ermənistanın körüklədiyi “boz zona”nın bütün perimetri boyu erməni qeyri-qanuni silahlı dəstələri bizim ərazilərimizi kütləvi şəkildə minalayırlar - sanki 2020-ci ilə qədər Ermənistanın torpaqlarımıza qoyduğu bir milyondan çox mina onlara bəs etməyib. Demək olar ki, Ermənistan azərbaycanlılara qarşı minalardan kütləvi qırğın silahı kimi istifadə edir - yalnız 2020-ci ildə 44 günlük müharibədən sonrakı dövrdə 300-dən çox vətəndaşımız terrorun qurbanı olub.
Digər ciddi təxribat isə Xankəndidə qanunsuz rejim tərəfindən sentyabrın 9-da qondarma prezident seçkisinin keçirilməsidir. Həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu seçkinin mütləq qanunsuz və qeyri-legitim olduğunu BMT başda olmaqla, bütün beynəlxalq ictimaiyyət, eləcə də region ölkələri bir daha təsdiqləyiblər. Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda hərbi təxribatlarının və diversiyalarının tez-tez baş verməsi bizi narahat edir”, - deyə o vurğulayıb.
H.Hacıyev, buna baxmayaraq, Azərbaycanın sülh prosesinə sadiq olduğunu və Ermənistanın konstruktiv danışıqlar yoluna qayıtmasını gözlədiyini qeyd edib:
“Biz Ermənistan rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə reinteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyinə xələl gətirməyə çalışmamağa çağırırıq”.























































