Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
Bugün, 08:33

APA-nın 21 yaşı olur

Meyitini qonşular tapdı
14-11-2025, 06:38

Meyitini qonşular tapdı

12 istiqamətdə tıxac var
14-11-2025, 05:18

12 istiqamətdə tıxac var

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Prezident qəbul keçirdi
13-11-2025, 07:16

Prezident qəbul keçirdi

Generala ağır itki
13-11-2025, 07:00

Generala ağır itki

Neftimiz ucuzlaşdı
13-11-2025, 06:57

Neftimiz ucuzlaşdı

Ölüm səbəbi açıqlandı
13-11-2025, 05:33

Ölüm səbəbi açıqlandı

16 Sentyabr 2023 09:40Manşet / Gündəm

“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib - YENİLƏNİB

 

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən növbəti dəfə 80-ə qədər şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid edib.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

10:00

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə yeddi nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan səkkiz nəfərinin xəstə olduğu bildirilir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Bizimlə əlaqə saxlayın