Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Azərbaycanın meşə fondunda yanğınlarla bağlı statistika açıqlandı
“Son beş il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib, 1 800 hektardan artıq sahədə yanğın olub”.
“Report” xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları səbəbindən, təəssüf ki, yüzminlərlə hektar meşə sahəsi məhv olur, yaşıllıqlar yanaraq külə dönür. Xüsusilə, son illərdə planetdə daha geniş vüsət alan qlobal istiləşmənin fonunda meşə yanğınları daha tez-tez baş verir.
Xidmət rəisi vurğulayıb ki, Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Son beş il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib, 1 800 hektardan artıq sahədə yanğın olub. Təkcə 2022-ci il ərzində 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. 2023-cü ildə isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğına məruz qalıb.
C.Qəribovun sözlərinə görə, 2023-cü ildə ölkəmizdə yanğın hadisələrinin azalmasına səbəb aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşkili, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgələrdə kənd sakinləri və fermerlərlə aparılan maarifləndirici tədbirlər, Fövqəladə Hallar Nazirliyi ilə birgə bölgələrdə keçirilən müşavirə və təlimlərin keçirilməsi, eyni zamanda, meşə ərazilərində yanğın əleyhinə mineral zolaqların çəkilməsi, nəzarət postlarının sayının artırılmasıdır. Yanğın hadisələrinin azalmasının daha bir səbəbi isə yay mövsümündə yağıntılı günlərin sayının çox olmasıdır.
O, yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və yanğının böyük fəlakət olduğunu nəzərə alaraq buna səbəb olmamağa çağırıb.























































