GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Hikmət Hacıyev: “Ermənistanda “azərbaycanlı” və “türk” sözləri təhqir kimi işlədilir
“Ermənistanda “azərbaycanlı” və ya “türk” sözü təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O diqqətə çatdırıb ki, irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.
Hikmət Hacıyev etnik nifrət və Azərbaycanofobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb:
“Faktlar öz sözünü deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm.
Ermənilər Azərbaycandan göndərilən unu götürməmək üçün dirənirlər. Mənə etnik nifrətlə bağlı sual verirsiniz. Bəs bu nədir? Buğda ununun etnik mənsubiyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi əsas qidadır. Bəs niyə bundan imtina edirlər?”
H.Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın yolunun guya blokadada olduğunu iddia edən və bunu soyqırımı kimi xarakterizə edən hesabat dərc etməsinə də münasibət bildirib. O söyləyib ki, ədalət adından danışdığını iddia edən bu şəxsin ilk növbədə şəxsiyyəti, dürüstlüyü sual altındadır:
“Beynəlxalq mediada onun qanunsuz əməlləri ilə bağlı çoxlu faktlar var. Amma bu, mənim işim deyil.
İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs soyqırımı anlayışından onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edib.
Üçüncüsü, o, qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırımları və hərbi cinayətlərdən danışmır? Azərbaycanın səkkiz şəhəri mülki əhali ilə birlikdə tamamilə məhv edilib. Okamponun hesabatında bu fakt haradadır? 1992-ci ildə Srebrenitsadan əvvəl Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi?”
Hikmət Hacıyevin sözlərinə görə, əsas məsələ kimin kimə qarşı soyqırımı törətdiyini sual etməkdir:
“Kim kimə qarşı soyqırımı törədib? Böyük sual budur. Öz torpağından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlı baxımından cavab verilməli sual budur. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”























































