Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

29 Ağu 16:07Manşet / Gündəm / Siyasət

Heydər Əliyev Müasir ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir

Heydər Əliyev Müasir ədliyyə və məhkəmə-hüquq  islahatlarının müəllifidir

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir.  Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.     

       Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb.

1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunub və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilib. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardım yaxşılaşdırılıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması təmin edilib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılıb. Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olub. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə nüfuzu artıb.

Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
 Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.  Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. Heydər Əliyev - Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxillik siyasi fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məsələsini ən ali məqsəd hesab etmişdir. Tarixin verdiyi şansların, yaratdığı imkanların hamısında bu böyük dövlət xadimi özünü Azərbaycana həsr etmiş, Azərbaycan idealı uğrunda daim dönmədən mübarizə aparmışdır.

Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

           Azərbaycan xalqının tariximizin məhz Heydər Əliyev dövründə dayanıqlı müstəqil dövlət qura bildi.  Ulu Öndərin hakimiyyətə yenidən qayıdaraq xilaskarlıq missiyası, cəsarəti və sarsılmaz iradəsi, tükənməz idarəçilik təcrübəsi sayəsində müstəqilliyimizi böyük təhlükələrdən qurtararaq dönməz və əbədi etdi, ölkədə qanunçuluq, ictimai-siyasi sabitlik möhkəmləndi,  demokratik hüquqi dövlət quruldu, gələcəyə hesablanmış çoxşaxəli inkişaf strategiyalarının, ordu quruculuğunun təməli qoyuldu,  hərtərəfli köklü islahatlar həyata keçirildi.  

Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyətinin yenidən quruldu,  bu sahədə islahatların ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da dərinləşdirilərək müasir çağırışlara uyğun ardıcıl tədbirlər həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin  əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür.

Ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür. 2023-cü ilin ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması ilə əlamətdardır.

         Ədliyyə Nazirliyinin təkmil struktur kimi formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər fəaliyyətinin bütün dövrlərində ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərib,Ədliyyə işçiləri olaraq Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlətçilik ənənəsinə sadiq qalaraq bundan sonra da  verilən  tapşırıqların   öhdəsindən layiqincə gəlməyə çalışacayıq.

           Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.

Bu gün cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə  ədliyyənin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır,  ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir,  bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir,  ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində hər birimiz möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırıq.

Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. 

Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.

Biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərinin, davamlılığının, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindən biridir.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır.  Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir.  

Məhz Heydər Əliyevin səyi, dahi öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Ədliyyə işçiləri olaraq hər birimiz  bundan sonra da dahi liderin xatirəsini əziz tutacaq, xidməti vəzifəmizin  icrasını layiqincə yerinə yetirəcək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olacayıq.

Lətafət Hacıyeva 

Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi