MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
İşinin peşəkarı və saf əqidəli insan
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Mirsaleh müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Mirsaleh müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov böyük genetik irsin varisidir. Mirsaleh müəllimin uğurları bir rütbə daşıyan zabit olaraq Azərbaycan ədliyyəsinə özünəməxsus töhfəsini vermişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Mirsaleh müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Qısa Arayış: Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.
1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlamış, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ədliyyə polkovnikidir.
Ailəlidir, 2 övladı var.
Hazırladı: Vüqar Əsədov






















































