İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
ABB-nin “AI-nur” və “AI-khan”ı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,3 yeni imkan!
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
Milyonların sevimlisinə Özəl TƏBRİK
Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub. Gənc yaşlarından müxtəlif lider vəzifələrdə, önəmli sahələrdə çalışıb, yüksək kürsülərdə ölkəni təmsil edib. Vətəninə, xalqına layiqincə xidmət edən Mehriban Əliyeva böyüklər qədər kiçiklərin də sevgisini, rəğbətini qazanıb. Onun çoxsaylı xoşməramlı layihələri, ölkə və dünya mədəniyyətinə verdiyi töhfələr bu qəbildən xüsusilə qeyd edilməsi vacib məsələdir.
Milyonların sevimlisi, ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə başda Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi naminə ağır sınaq, gərgin imtahanlar yolu keçmiş Sevda xanım olmaqla "HƏMRƏYLİK" Dövlətçiliyinin Təbliği İctimai Birliyinin minlərlə üzvü adından təbrik edir, ona can sağlığı, məqsədyönlü işlərində uğurlar arzu edirik. Ümid edirik ki, Mehriban xanımın sevgisi və qayğısı ilə əhatələnmiş bu ölkə daha çox xoşməramlı layihələrə start verəcək, böyük işlərə imza atacaq. Bu əzmli yolda xalqımıza, ölkəmizə uğurlar, Mehriban xanım Əliyevaya güc, qüvvət, başarılar diləyirik. Biz də bir İctimai Birlik olaraq bu əzmli və məqsədyönlü inkişafa töhfə verməkdə qürurla addımlayırıq. Biz birlikdə güclüyük!























































