Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Fuad Hüseynov: “Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib”
“Laçın rayonunun Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib”.
Oxu.Az xəbər verir ki, bunu Zabux sakinlərinin doğma yurduna yola salınmasında iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Zabux kəndində həmçinin yüksəksürətli - fiberoptik şəbəkəsi də yaradılıb:
“Zabux kəndində ilkin mərhələdə 223 fərdi evdən ibarət gözəl, müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. Kənd bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Kənddə orta məktəb, tibb məntəqəsi, uşaq bağçası mövcuddur, gözəl park salınıb. Eyni zamanda yaşayış məntəqəsində yüksəksürətli internet - fiberoptik şəbəkəsi yaradılıb”.
“Əlbəttə ki, bu günü bizə bəxş etdiyinə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Bu günü müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərə, qazilərimizə borcluyuq”, - deyə komitə sədrinin müavini əlavə edib.
Aytac Qasımova





















































