Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Prezident: “İndoneziya ilə münasibətlərin dostluq məcrasında inkişafında birgə səylər göstərəcəyik”
“İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubunda ifadə edib.
İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.





















































