MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Müqəddəs zirvədə olanlar

Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə qanları ilə tarix yazırlar. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.
Vətən sevdalısı igidlərimizin adı vətənimizin hər bir guşəsində əbədiləşdirilir. Onların oxuduqları məktəblərə, yaşadıqları küçələrə adları verilir. Bəzən bir məktəbin ayrı-ayrı sinifləri qəhrəmanların adlarını əks etdirir. Nəticədə həm qəhrəmanlarımızın adları daim yaşayır, həm də bu siniflərdə oxuyan uşaqlar bu igidlərə bənzəməyə çalışır, öz davranışlarında daha ciddi olur, bu sinifdə oxumağa layiq olduqlarını isbat etməyə çalışırlar.
Bakının Qala qəsəbəsində əhalinin istifadəsinə verilmiş Ramiz Qasımovun adını daşıyan 216 saylı məktəbin Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan 4B sinfinin şagirdləri də bu ənənəyə sadiqdirlər. Həm yaxşı oxuyur, həm davranışları ilə digərlərindən seçilir, həm də tez-tez qəhrəmanın evində olur, valideynləri ilə görüşür, onları sevindirirlər.
07.02.2023-сü il tarixində də öz şücaəti, cəsurluğu, igidliyi, mərdliyi ilə dünyaya səs salan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu səbəblə 4b sinif şagirdləri öz sinif müəllimləri, davranışları, şagirdlərə münasibəti, savadı ilə başqalarından seçilən Gülbəniz Əsgərovanın və valideynlərin təşkilatçılığı ilə 29 yanvar 2023-cü il tarixində tədris ilinin birinci yarımil tətilində Qəhrəmanın Biləsuvar rayonunda yerləşən ev-muzeyini ziyarət etdilər. Ziyarətin əsas məqsədi şagirdlərə vətənpərvərlik hissini aşılamaq, qəhrəmanlarımızın həyatı və döyüş yolunu daha yaxından şagirdlərə tanıtmaqdan ibarət idi. Şagirdlər ziyarət zamanı qəhrəmanın ev muzeyində olan bütün əşyalarını, sənədlərini, ondan qalan xatirə şəkillərini maraqla seyr etdilər, qəhrəmanı boya-başa çatdıran valideynləri: atası Ağakərim müəllim və anası Şamama xanımla görüşdülər.
Maraqlı və qürurverici söhbətlər apardılar. Qəhrəmanın valideynlərinə yazdığı son məktubunu böyük maraqla oxudular həm kədərləndilər, həm qürurlandılar. Qəhrəmanın şərəfinə şeirlər söylədilər. Biləsuvar rayonunda qəhrəmanın adının verildiyi lisey-məktəbi ziyarət etdilər. Bu ziyarət şagirdlər üçün həm qürurverici oldu, həm də maraqlı anlarla yadda qaldı.
Mübariz İbrahimov Azərbaycan xalqııının qəhrəmanlıq rəmzlərindən: minlərdən, milyonlardan biridir! 























































