Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Ombudsman Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Okamponun “ekspert rəyi”nə münasibət bildirib
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır”.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
O qeyd edib ki, müəmmalı və qaranlıq bir keçmişi ilə artıq özünə müvafiq bir imic yaratmış Okamponun Azərbaycan əleyhinə yazmış olduğu rəydə bilərəkdən istər hüquqi, istərsə də tarixi səhvlərə yol verilib.
“Azərbaycanın BMT tərəfindən tanınan əraziləri daxilində öz vətəndaşlarının, o cümlədən erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək məqsədilə həyata keçirdiyi və legitimliyi beynəlxalq və regional təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı ilə tanınmış fəaliyyətin tamamilə təhrif olunmuş formada, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təqdim olunması cənab Okamponun hansı dairələrdən tapşırıq aldığını bir daha bəyan etmiş oldu.
Hüququn aliliyi prinsipini yaddan çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroruna cəfəng və əsassız iddialarla guya Azərbaycanın Qarabağ iqtisadi zonasında genosid törədilmə ehtimalını irəli sürməkdənsə, yaxın keçmişimizdə məhz həmin bölgədə ermənilər tərəfindən törədilmiş Xocalı, Meşəli, Başlıbel və digər soyqırımı cinayətlərini araşdırmağı, həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərin qəbulunda olarkən müzakirə etdiyi məsələləri açıqlamağı məsləhət görərdik.
Təəssüflə qeyd etmək istərdik ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Okamponun timsalında bəzi “beynəlxalq ekspert”lərin hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standartlara yol verilməklə, həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməniəsilli əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneə törətməkdir.
Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik”, - Ombudsman qeyd edib.






















































