Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər

Şamaxı rayonunda NAYORA tərəfindən elan edilən “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə 3 gün boyunca davam edən “Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi yekunlaşıb.
Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi başlamış, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları ilə gün davam etmişdir.
Günün ikinci yarısı Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Sevinc Qasımova tərəfindən “Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət prosesi” mövzusunda interaktiv təlim sessiyası keçirilmiş, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə proqram yekunlaşmışdır.
Layihənin ikinci günü məhsuldar görüşlərlə yadda qalıb. Belə ki, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında “Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusu ikinci günün ilk müzakirə mövzusu olub. Daha sonra NAYORA katibliyi tərəfindən Beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Proqram meneceri Jalə Həsənovanın moderatorluğu ilə “A-dan Z-yə beynəlxalq təmsilçilik” vörkşopu keçirilib.
Günün növbəti görüşü “BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər Fətəli ilə keçirilib. Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun Avrasiya Regional Mərkəzinin Baş direktorunun icraçısı Vüsal Qurbanov tərəfindən “Beynəlxalq təşkilat, qurumlarla düzgün kommunikasiya kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması” mövzusunda sessiya baş tutub.
Qeyd edək ki, layihənin sonuncu günü Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Proqram menceri Əli İsgəndərli və Milli Debat Proqramının təlimçisi Tərlan Kərimov tərəfindən “Beynəlxalq təmsilçilik” debat simulyasiyası keçirilib və bununla da layihə yekunlaşıb. Sonda iştriakçılar sertifikatla təltif olunublar.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.
































































