Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Şəhid anasının üç oğlu altı il bir-birini görməyib
“Hər dəfə onları ziyarətə gedəndə həm gözəlləşirlər, həm uşaqlaşırlar, həm də baxırlar gözümün içinə. Bilmirəm, nə demək istəyirlər. Bircə bunu bilsəydim…”
Bircə bunu bilsəydi, 78 yaşlı şəhid anası nələr etməzdi ki?
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəmməd Füzuli küçəsi, döngə 1, ev 86...
Yaşı 30-lara çatmayan gəncin dolanbac yollarla çətinlik çəkərək gəldiyi bu ünvan həmin ananın hər gün əsa ilə gəzdiyi yurddur. İndi kiçik hücrələri olan oradakı ev qibləgahına dönüb o ananın.
Valehin Salehliyi Talehində imiş…
Dürnisə Əliyevanın üç oğlu - Taleh, Valeh, Saleh altı il bir-birilərini görməyiblər, iştirak etdikləri döyüşlərə görə... Altı il əsgər yolu gözləyən ana deyir ki, o zaman övladlarının qayıdacağı ilə bağlı təsəllisi olub:
“İndi iki oğlumun qayıtmayacağını bilsəm də, gözləyirəm”.
Bu, bütün həsrətlərin ifadəsi olmayan akkordudur...
Dürnisə ana Qarabağ müharibəsində bir oğlunu (Valeh Əliyev) şəhid verib, digər oğlu (Saleh Əliyev) isə iştirak etdiyi döyüşlərdən sonra həlak olub.
O, 29 il öncənin qışını belə xatırlayır:
“Valehin 1990-cı ilin “qara yanvar”ında şəhidlər üçün qazdığı məzar dörd il sonra həmin gün onun özü üçün qazıldı. Nişanlı idi balam, qırmızı şal asılmalı olan qapıdan qarası bağlandı”.
Həmin gün qardaşının köhnə mavi gödəkçəsini geyinərək qartal kimi süzüb getdi əsgər Valeh. O gedişdən sonra mavi səmalara yüksələrək gəldi şəhid Valeh.
Valeh Əliyev Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşını (Rafiq) çiyninə alsa da, onu qaldırmağa gücü çatmır. Amma yaralı döyüş yoldaşını orada qoyub çıxmağa da ürəyi gəlmir. Elə hər ikisi oradaca şəhid olurlar. Biri kürəyindən, digəri başından aldığı snayper gülləsindən həyatını itirir. Valehin alnına dəyən o güllə dəydiyi yerdəcə alnını açıq edir...
Heç kim kədər üçün doğulmur. Amma… Dərd də azar kimi gələndə batmanla gəlir....
Bunu köksündən iki pərçim qoparılanlar bilir, insanın dünyasını çətinliklə yaşadığı vaxtda bir də dünya boyda yükü daşıyanlar anlayır. Bunu ən uzun bir gündə iki oğlu şəhid olan ana Hicran Məmmədova, Sevinc Əhmədova, Ziba Əsgərli ... hələ də yaşayırlar.
Dürnisə ananın digər oğlu Saleh Əliyev döyüşlərdən illər sonra aldığı travmaların təsirindən həlak olur. Qapıdakı qara şal cütləşir...
Gəncliyində yoldaşı Xanlar Əliyevi itirən D.Əliyeva altı övladını çörək sexində işləyərək böyüdüb. Deyir, indi də Valeh məni saxlayır, məni o dolandırır. Bütün dərmanlarımı onun “şəhidlik pul”u ilə alıram.
Bütün ömrü sınıq xətt boyu keçən şəhid anasının istəyi də yaşamadıqları qədərdir:
“Heç nə istəmirəm, bircə daxmamdan Biləcəri Şəhidlər Xiyabanına kimi düz yol ilə gedib onları ziyarət edim. Söhbətləşim, övladlarımın qoxusunu alım. Bəlkə onda nə demək istədiklərini bilərəm…”
Qafqazinfo.az























































