İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Azərbaycanda tibbi avadanlıqlara dair yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları - 12-ci hissə: Birdəfəlik istifadə üçün əks-klapanlar” dövlət standartını qəbul edib.
Bu barədə AZSTAND məlumat yayıb.
Məlumata görə, dövlət standartı ölkə Prezidentinin bu ilin əvvəlində təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-25-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qravitasiya və təzyiq altında nəzərdə tutulan infuziya ləvazimatlarında istifadə edilən əks-klapanların tələblərini müəyyən edir, ölkəyə idxal və istehsal olunan infuziya ləvazimatlarının keyfiyyətinin artırılmasına, nəticədə insan sağlamlığına töhfə verəcək.
2017/745 saylı “Tibbi avadanlıqlar” reqlamentinin istinad standartı olan ISO 8536-12:2021 “Infusion equipment for medical use — Part 12: Check valves for single use” standartının autentik tərcüməsi əsasında hazırlanan AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları - 12-ci hissə: Birdəfəlik istifadə üçün əks-klapanlar” Dövlət Standartı təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.























































