İnsan sağlamlığının keşikçisi: Sumqayıt Şəhər 2 №-li Xəstəxananın Baş Həkimi Arzu Bəndəliyevanın fədakar fəaliyyəti
Arhd.Az saytının idarə heyətinin qərarı ilə Əliyev Məmməd Ağalar oğlu Arhd.Az saytının Azərbaycan Respublikası daxili məsələlər üzrə birinci müavini təyin edilib
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Yolun təhlükəsizliyi, şəhərin rahatlığı: “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin peşəkar fəaliyyəti
ÇİN DÖYÜŞ NÖVLƏRİ ASSOSİASİYASININ KUNG-FU FEDERASİYASI DÖVLƏTƏ, VƏTƏNƏ VƏ GƏNC NƏSLƏ XİDMƏT YOLU
Paytaxtda bıçaqlanma: Bir nəfər ölüb, iki nəfər yaralanıb
Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Suraxanı Rayon Prokurorluğundan bildirilib ki, iyulun 29-da saat 23:00 radələrində bir nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, iki nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub.
İlkin araşdırma zamanı paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.























































