Menu
Xəbər Lenti
Bu ərazilərdə qaz olmayacaq
30-09-2026, 08:36

Bu ərazilərdə qaz olmayacaq

Nazir görüş keçirdi
29-09-2026, 12:03

Nazir görüş keçirdi

23 İyul 2023 09:35Manşet / Gündəm / Siyasət

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

 

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

“Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm”