Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində baş verən ana ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:
“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.
Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.
11:40
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Lənkəran Regional Perinatal Mərkəzindən şikayət var.
Oxu.Az-a yaxını orada vəfat edən şəxslər bildiriblər ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan xəstəxanada artıq üç ana ölümü baş verib:
“İyul ayının 7-də mərkəzdə ana ölümü baş verib. Ölən ana özü də ailənin tək övladı olub. Xəstəxananın fəaliyyət başladığı vaxtdan indiyə qədər olan qısa müddət ərzində müəssisədə artıq üçüncü ana ölümünün baş verib. Bu da müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, 15.08.2022 tarixində Astara rayon, Rudəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmira Elşən qızı Əhədli, 08.04.2023 tarixində isə Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər.
Həmin xəstələr, öz ayaqları ilə xəstəxanaya gəlib, amma əməliyyatdan sonra vəfat ediblər. Bütün bu əməliyyatlar Lənkəran Perinatal Mərkəzinin şöbə müdiri, cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki, işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran Regional Perinatal Mərkəzində deyilən tarixlərdə həqiqətən də ana ölümləri qeydə alınıb, faktlarla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət























































