Xəbər Lenti
9-04-2026, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 16:56
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
8-04-2026, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
8-04-2026, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsindən ötən 20 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrin təşəbbüskarı və fəal iştirakçısı, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovuşağıdır.
Düz 5 il öncə Azərbaycanda növbəti, eləcə də növbədənkənar prezident seçkiləri keçirildi və dövlət başçısı cənab İlham Əliyev yenidən Azərbaycan xalqının, Azərbaycan seçicilərinin böyük dəstək və etimadını qazanaraq, 3-cü dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.
1993-cü ildən bu yana heç vaxt seçimində yanılmayan Azərbaycan xalqı, Azərbaycan seçicisi bu dəfə də düzgün və müdrik seçim edərək, özünün parlaq, işıqlı gələcəyinə səs verdi, ulu öndər Heydər Əliyevin siyasətinin, siyasi kursunun davamlılığına “Hə” dedi.
Ötən illər ərzində eyni zamanda Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial tədbirlərin reallaşmasını təmin etmişdir.
11 aprel seçkiləri ilə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Möhtərəm prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən bu fikirlər ölkəmizdə keçirilən sosial siyasətin mahiyyətini çox dəqiq ifadə edir.
Bunlar bir daha ölkə prezidentinin 2003-cü ildə, ilk dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayarkən söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının prezidenti olacağam” bəyanına sadiqliyinin, sədaqətinin göstəricisi, bəhrələri, töhfələridir.
Hər kəsə bəllidir ki, 2020-ci ilin əvvəllərindən Azərbaycan da daxil olmaqla bütün dünyanı cənginə almış koronavirus pandemiyası bəlası özünün dağıdıcı maddi və mənəvi itgiləri ilə böyük ziyanlar və itkilər gətirdi. Lakin ölkə prezidenti İlham Əliyevin müdrik, uzaqgörən, düşünülmüş tədbirləri sayəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarla ölkəyə bu bəlanın önlənməsi üçün təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi.
Son 5 ilin ən böyük və ən tarixi hadisəsi isə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə oldu. Cəmi 44 gün ərzində Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik qanlı Qarabağ savaşına son qoydu, dağlı-aranlı Qarabağ vahid Azərbaycan oldu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan prezidentinin həm də elə ali keyfiyyətini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət vətən, yurd, xalq sevgisinin zirvə nöqtəsi idi. O müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya onu həm də hər zaman xalqının yanında olan, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı.
10 noyabr 2020-ci ildən sonra Qarabağın dirçəldilməsi, cənnət məkanına çevrilməsi, “Böyük qayıdış” istiqamətində tarixi addımlar atılmasına başlanıldı.
Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən yaxın və ən sadiq silahdaşı birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş yurd yerlərimizə, Qarabağımıza tarixi səfərlər başlandı.
Bəli, son 5 ildə Azərbaycan 31 illik müstəqillik tarixinin ən mühüm, ən tarixi, ən şanlı anlarını və ən böyük inkişaf, tərəqqi dövrünü yaşamış və yaşamaqdadır. Bunlar bir daha Azərbaycan seçicisinin düzgün və doğru seçiminin göstəricisi və təzahürüdür.
Ötən 5 il prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir.” fikrinin əməli olaraq hər dəfə əyani təsdiqini tapdığını göstərdi.
Ölkə prezidentinin Azərbaycan xalqı ilə birgəliyi, vəhdəti nəticəsində hələ çox Qələbələrə və Zəfərlərə imza atacağıq !























































