Xəbər Lenti
Bugün, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Dünən, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
Dünən, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
9-11-2026, 10:51
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
04 Dekabr 2022 13:59İqtisadiyyat
İtaliyanın Baş naziri: Azərbaycandan təbii qaz tədarükü 60 faizə çatır
İtaliyanın Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faiz səviyyəsinə çatır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazir Ciorcia Meloni deyib.
Baş nazir İtaliyanın Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Romada keçirilən 8-ci MED Aralıq dənizi Dialoq Forumunda ölkəsinin enerji təhlükəsizliyi məsələsinə toxunub. İtaliyanın strateji tərəfdaşları sayəsində Rusiya təbii qazından asılılığını azaltdığını bildirən C.Meloni deyib ki, Türkiyə, Yunanıstan və Albaniyadan keçən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan təbii qaz tədarükü hazırda 60 faizə çatır. Baş nazir Əlcəzair kimi Aralıq dənizi ölkələrinin də İtaliyanın enerji təhlükəsizliyində əsas pay sahibi olduqlarını bildirib. Qeyd edib ki, İtaliyanın təbii qaz idxalının təxminən 45 faizi Aralıq dənizi ölkələrindən təmin olunur.
O, təkcə təbii qazın deyil, həm də yeni davamlı, rahat və əlçatan enerji növlərinin inkişafı və mübadiləsinin Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verəcəyini qeyd edib.
C.Meloni İtaliya hökumətinin ölkənin Aralıq dənizindəki rolunu gücləndirməkdə qətiyyətli olduğunu bildirib. Qeyd edilib ki, İtaliya coğrafi mövqeyi, infrastrukturu, əməkdaşlıq əlaqələri və şirkətlərinin töhfəsi ilə Aralıq dənizi ilə Avropa arasında enerji körpüsü rolunu oynaya bilər.