Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
24 Dekabr 2022 03:03İdman
Ağır atletika üzrə Azərbaycan kuboku yarışının qalibləri müəyyənləşib
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku yarışı başa çatıb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet gücünü sınayıb.
AZƏRTAC xəbər verir ki, yarışa 25 qadın idmançı qatılıb. Bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Onlar həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən ediblər. Öz çəki dərəcələrində Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova və Elnarə Rəşidova qızıl medallara layiq görülüblər.
Qadınlar arasında mütləq qalib – yarışın “Ən güclü qadın idmançı” adını 222,15 Sinkleyr xalı ilə Lənkəran təmsilçisi Rahilə Hüseynzadə qazanıb və ona ölkə kuboku təqdim edilib.
Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt birinci, 126 xal toplayan Qazax ikinci, 67 xal toplayan “Bakı-Herkules” komandası isə üçüncü yeri tutub.
Kişilərdə öz çəki dərəcələrində Amin Osmanov, Turan Əliyev, İsa Rüstəmov, Ömər Cavadov, Füqan Əliyev, Sənan Mirzəyev, Elşən Şərifov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və İsmayıl Qurbanov qızıl medal qazanıblar.
Kişilər arasında mütləq qalib – yarışın “Ən güclü kişi idmançı” adını 393,93 Sinkleyr xalı ilə Qobustan təmsilçisi Dadaş Dadaşbəyli qazanıb.
Kişilərin komanda hesabında 216 xal toplayan Qazax idmançıları birinci olub. Goranboy 182 xal yarışı ikinci, Qobustan isə 160 xalla üçüncü pillədə başa vurublar.
Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan kuboku ilə təltif olunublar.
Yarışın təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçmək olub.