Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
21 Dekabr 2022 15:05İdman
Fərid Qayıbov: Növbəti Avropa Oyunlarını təşkil edəcək ölkə artıq müəyyənləşib
Avropa Oyunlarının gələcəyini yaxşı görmək istərdim. Mən həm də Avropa Gimnastikasının rəhbəriyəm. Xatırladım ki, 2013-cü ildən etibarən orada vitse-prezident vəzifəsindəyəm və bu danışıqlarda Avropa Gimnastikası adından hər zaman iştirak etmişəm.
AZƏRTAC xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Avropa Oyunlarının gələcəyi barədə danışarkən deyib.
"Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycanda keçirilən birinci Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün nazir kimi fəxr edirəm ki, bu oyunlar məhz doğma Vətənimizdə keçirilib. Yeri gəlmişkən, Bakıdakı oyunlardan sonra bizə yaxşı miraslar, o cümlədən idman qurğuları qalıb. Bu gün biz görürük ki, həm Formula 1 yarışlarında, həm də Avropa, İslam oyunlarında yetişən mütəxəssislərimiz hazırda nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə irimiqyaslı tədbirlərin təşkilat komitəsində çalışırlar. Səudiyyə Ərəbistanına Formula 1 yarışlarına və digər ölkələrə gedirlər. Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında isə çoxlu sayda aparıcı mütəxəssisimiz çalışıb",- deyə nazir diqqətə çatdırıb.
Fərid Qayıbov bildirib ki, Avropa Oyunları ölkəmizdən sonra Belarus və Polşada təşkil olundu. İndi istiqamət bir az Qərbə tərəf yönəlib. Məndə olan məlumata görə artıq növbəti təşkilatçı ölkə müəyyənləşib.