Menu
Xəbər Lenti
15 Ara 07:29Hadisə

Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВAЗ” markalı minik avtomobili "Volvo" markalı yük avtomobilinə çırpılıb, dörd nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfər sağ, digər 2 nəfərin cəsədi zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.