Menu
Xəbər Lenti
15 Ara 07:26Hadisə

Sumqayıtda binadan şəhid şəkli olan lövhəni oğurlayan şəxs saxlanılıb

Noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin