Xəbər Lenti
Dünən, 21:38
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
Dünən, 20:02
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
Dünən, 19:26
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
Dünən, 19:24
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
Dünən, 17:11
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
Dünən, 11:42
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
Dünən, 11:34
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
4-03-2026, 20:29
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
4-03-2026, 20:27
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
4-03-2026, 13:20
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
4-03-2026, 09:02
Rusiyalı diyetoloqdan xəbərdarlıq: "Az yeyirəm" deyənlərin çəki ata bilməməsinin SƏBƏBİ
Azərbaycan BMT-də məruzəsini təqdim etdi

Avqustun 15-16-da Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib. Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.
Bu barədə XİN-dən məlumat verilib.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi altında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
Təqdimat zamanı nazir müavini Azərbaycanın BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib.
E.Məmmədov qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən Müharibəsində əldə edilmiş Zəfər ilə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multi-etnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib.
Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğunu qeyd edilib.
Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib.
Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb.























































