Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

04 Şub 16:51Manşet / Hadisə

Abşeron rayonunda təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Abşeron rayonunda təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Abşeron rayonunda təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Abşeron Rayon İcra Hakimiyyətində Abşeron rayonunun təhsil ictimaiyyəti ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, görüşü giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Çıxışında Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, onun beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görüldüyünü, bu istiqamətdə həyata keçirilən hər bir islahatın, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını qeyd edən Abdin Fərzəliyev Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il təhsil ocaqlarının tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, təhsil sahəsində görülən irimiqyaslı işlər, aparılan islahatlar təhsilimizin uğurlu gələcəyinə inamı artırır.

Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Təkcə 2021-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə minlərlə təhsil müəssisəsi, körpələr evi və uşaq bağçaları tikilib və ya əsaslı təmir edilib.

Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində 760 təhsil işçisinın döyüşlərdə qəhrəmanlıqla vuruşduğu qeyd edilib, onlardan 20 nəfərin şəhidlik məqamına yüksəldiyi vurğulanıb.

Rayon icra hakimiyyətinin başçısı Abşerondan 10 nəfər təhsil işçisinin Vətən müharibəsində döyüşlərdə iştirak etdiyini, onlardan Masazır qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərovun şəhidlik zirvəsinə ucaldığını xüsusi vurğulayıb. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin perspektivdə birgə görəcəyi işlər barədə də məlumat verilib.

Çıxışı zamanı Abdin Fərzəliyev Abşeron rayonunda yerləşən 43 ümumi təhsil müəssisəsi, 31 körpələr evi və uşaq bağçasının cari problemləri barədə danışıb, o cümlədən görüşdə iştirak edən müəssisə rəhbərlərinin qeyd edilən problemlərin həlli istiqamətində təkliflərini dinləyib.

Görüşdə 2 fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı, ölkə rəhbərinin çıxışında təhsilə, təhsilinin inkişafına böyük önəm verilməsi iştirakçıların diqqətinə çatdırılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təhsil işçilərinə bir daha müraciət edərək müəllimlik peşəsinin şərəfli peşə olduğunu, gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsinin müəllimlərdən və onların yüksək peşəkarlığından asılı olduğunu vurğulayıb.

Sonra Abşeron Rayon Təhsil Şöbəsinin (Abşeron-Xızı Regional Təhsil İdarəsi) müdiri səlahiyyətlərini icra edən Pərviz Əhmədov çıxış edərək rayonda fəaliyyət göstərən təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin vəziyyəti barədə məlumat verib.

Görüşdə əsaslı təmirə ehtiyacı olan bir sıra ümumtəhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda Abdin Fərzəliyev rayonun təhsil işçilərinə şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq, müəllimlər ordusunun gələcəyin layiqli vətəndaşlarının yetişdirilməsində xidmətlərini əsirgəməyəcəklərinə əminliyini bildirib.
Abşeron rayonunda təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub