Xəbər Lenti
Dünən, 14:20
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
23-04-2026, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
23-04-2026, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
23-04-2026, 12:35
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
23-04-2026, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
23-04-2026, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Azərbaycanla AŞ arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunacaq
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinin 20 ili tamam oldu. Ölkəmiz üzvlüyü dövründə Avropa Şurası və onun institutları ilə konstruktiv dialoq əsasında aktiv əməkdaşlıq edir. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri bu təşkilatın tədbirlərində, onun komitələrinin işində yaxından iştirak edir. Deputatlarımız AŞPA-nın qurumlarında müxtəlif aparıcı vəzifələrə seçiliblər. Pandemiyaya baxmayaraq, deputatlarımız həmişə AŞPA-nın tədbirlərinə onlayn və ya ənənəvi formatda qatılıblar və sıx əməkdaşlığımızı bundan sonra da davam etdirmək niyyətindəyik.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunduqdan sonra əməkdaşlığımızın daha da dərinləşməsinə kömək edəcək. Həmin proqramda bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Sədr görüşdə 44 günlük Vətən müharibəsi barədə məlumat verib və bildirib ki, ümid edirik ki, Ermənistan Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək, sülh sazişinin imzalanması region ölkələrinin inkişafına yeni təkan verəcəkdir.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç onun təmsil etdiyi təşkilatla Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini qeyd edib. Bildirib ki, AŞ və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planı gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Səfər çərçivəsində keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən qonaq müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Söhbət zamanı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Bu barədə Avropa Şurasının Baş katibi "Twitter" hesabında bildirib.























































