Xəbər Lenti
Bugün, 05:08
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Dünən, 16:12
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
Dünən, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
Dünən, 10:45
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 16:01
20 Yanvar faciəsi – Ulu Öndərin qəti mövqeyi və Müzəffər Liderin davam etdirdiyi azadlıq yolu
19-01-2026, 15:41
"Stimul Hospitalı"nın rəhbəri Bəxtiyar Ələkbərli: 20 Yanvar faciəsi – Azadlıq yolunda qanla yazılan tarix
19-01-2026, 11:10
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov: 20 Yanvar – Azadlıq və dövlətçilik dərsi
19-01-2026, 11:09
İş adamı Cəbrayıl Cəbrayılov: 20 Yanvar – Qanla yazılan tarix, azadlıqla taclanan yaddaş
19-01-2026, 11:04
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov: 20 Yanvar – Millətin sınağı, azadlığın doğulduğu gün
19-01-2026, 11:02
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 20 Yanvar – Qanla yazılmış tarix, qürurla yaşayan xatirə
19-01-2026, 11:00
Taleh Məmmədov: Ulu Öndər Heydər Əliyevin 20 Yanvara verdiyi tarixi-siyasi qiymət. Milli qürurun və dövlətçilik düşüncəsinin təcəssümü
19-01-2026, 10:51
Zərniyar Kərimova: 20 Yanvar həqiqətlərinin müdafiəçisi. Ulu Öndər Heydər Əliyevin tarixi-siyasi mövqeyi
Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir.

01 noyabr 2022 ci ildə Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Səfər zamanı Dövlət başçımız Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib , Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Zirvə toplantısında çıxış edib.
Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var.
Eyni zamanda Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür.
Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştiraka dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir.
Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Bu ölkə Azərbaycanla oxşar taleyi yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb.
Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır.
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi Fransanın insanlıq əleyhinə cinayətlər, əlcəzairlilərə qarşı qətliamlar törədən bir ölkə olduğunu dünyaya çatdırır. Bütövlükdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, iki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin, demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Məhz ikili standartlar prizmasından yanaşmanın nəticəsidir ki, özünü cəzasızlıq mühitində hiss edən Ermənistanın işğalçılıq siyasəti 30 il davam etdi və bundan insanlar əziyyət çəkdilər. Münaqişələrə yanaşmada ikili standartları qətiyyətlə pisləyən Prezident İlham Əliyev “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır”, - deyə vurğulayıb.






















































