Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
İraq Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli əz-Zeydi ölkə ordusuna döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmağı əmr edib.
“Qafqazinfo” xəbər verir ki, İraq Baş nazirinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Əli əz-Zeydi ölkənin təhlükəsizlik vəziyyəti və ordunun hazırkı imkanlarını qiymətləndirmək məqsədilə hərbi qüvvə komandirləri, müşavirlər və müvafiq rəsmilərlə geniştərkibli iclas keçirib.
Görüşdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemləri və ordu aviasiyasının mövcud potensialı, eləcə də, ehtiyac duyulan müasir texniki təchizat müzakirə olunub.
Hərbi texnologiyaların inkişafının vacibliyini vurğulayan Baş nazir bildirib ki, müasir dövrdə Silahlı Qüvvələr yalnız klassik silahlara arxalana bilməz. O, hərbi hava gücünün, pilotsuz uçuş aparatlarının (PUA), HHM sistemlərinin və texniki imkanların strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Hökumət rəhbəri ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və resurslarının yenilənməsi üçün dövlət səviyyəsində hər cür dəstəyin veriləcəyini vurğulayıb. Əz-Zeydi əlavə edib ki, bu addımlar İraqın milli təhlükəsizliyini, suverenliyini, hava məkanını, ərazi sularını və ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır.























































