Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar
Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.























































