Menu
Xəbər Lenti
Bakıda vaqon yanıb
Bugün, 10:23

Bakıda vaqon yanıb

Məşhur aktyor vəfat etdi
21-01-2022, 07:33

Məşhur aktyor vəfat etdi

13 yan 07:24Gündəm / İdman

Niderlandda idmançılara xəbərdarlıq: “Smartfon və noutbuklarınızı Çinə aparmayın”

Çində keçiriləcək Qış Olimpiya Oyunlarına qatılacaq Niderland idmançılarına təhlükəsizliklə bağlı xəbərdarlıq edilib.
Yanvarın sonunda Çinə gedən idmançılardan telefon və noutbuklarını evdə qoymaları istənilib. Onlara səyahətləri zamanı istifadə etmələri üçün pulsuz telefon və kompüter veriləcək.
Həmçinin bildirilir ki, Niderland hökuməti Çindəki təhlükəsizlik şəraiti və kibertəhlükəsizlik vəziyyətini diqqətlə izləyir.
Çinin senzuranı və müxtəlif internet saytlarına girişi əngəlləmək üçün istifadə etdiyi “Qızıl Qalxan” layihəsi qeyd edilir. Bu tətbiqin olimpiada zamanı söndürüləcəyi xatırladılıb.
Olimpiada üçün Çinə gedənlərin bu yolla sosial media hesablarına daxil ola bildikləri bildirilib. Bununla belə, niderlandlı kibertəhlükəsizlik ekspertlərinin fikrincə, bu, hesabların monitorinqi riskinə də şərait yaradır.
Çindən gələn diplomatların Niderlanddan qayıdarkən telefonlarının təhlükəsizlik məqsədilə məhv edildiyi bildirilir.
Mənbə:Oxu.Az