Xəbər Lenti
26-08-2026, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
26-08-2026, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
26-08-2026, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
26-08-2026, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
14 Mart 2022 09:37Manşet / İqtisadiyyat
Azərbaycanda indiyə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
Azərbaycanda indiyə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir ki, 31 dekabr 2021-ci il tarixinə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 2,0 milyard manata yaxın olub, 36,7 mindən çox ailənin ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib.
Hesabat ilində müvəkkil banklar tərəfindən 356,1 milyon manat həcmində 5293 ipoteka krediti verilib ki, bu da Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. 2020-ci ilə nisbətən ipoteka kreditlərində 40 faizə yaxın artım (2020-ci ildə 257,5 milyon manat məbləğində 3783 ipoteka krediti verilib) qeydə alınıb.























































