Menu
Xəbər Lenti
Növbəti qələbəmiz
Bugün, 19:38

Növbəti qələbəmiz

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

03 Şub 18:36Hadisə

Sabunçuda tapança satan və marketlərdən oğurluq edən şəxslər saxlanılıb

Sabunçu rayonunda “Naqan” markalı tapança satmaq istəyən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Vüsal Əzimov saxlanılıb. Onun üzərinə baxış zamanı bir “Naqan” markalı tapança və üç patron aşkarlanaraq götürülüb. Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını deyib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsindəki marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da yaxalanıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyənləşdirilib.

Faktlarla bağlı 13-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, nazirliyin 102 - Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.