Xəbər Lenti
Dünən, 11:32
GÜNƏŞİN ÖVLADLARI – Xüsusi Təyinatlı Qüvvələrin canlı əfsanəsi Şərafəddin Xankişiyev...
Dünən, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Dünən, 07:05
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır - “El Çapo”, “Diddi” ilə eyni ünvan...
5-01-2026, 15:30
ARHD.AZ saytının idarə heyətinin ilk iclasında Ehram Məcidov fəxri üzv adına layiq görülüb
4-01-2026, 14:04
Həyatla ölüm arasında ümid körpüsü: Təcili Tibbi Yardımın fədakar həkimi Lalə Məmmədova
4-01-2026, 10:19
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
3-01-2026, 10:11
Xalqa xidmət, sözə sədaqət və vətənə dəstək nümunəsi – Həkim-stomatoloq, AYB və AJB üzvü Təyyar Yəhyayev
3-01-2026, 09:14
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
04 Yanvar 2023 02:48Dünya
Amerikalıların əksəriyyəti 2023-cü ildə ABŞ-ın iqtisadi çətinliklərlə qarşılaşacağını gözləyir
023-cü ildə amerikalıların əksəriyyəti ABŞ-da iqtisadi çətinliklər, ölkə daxilində siyasi münaqişələr və beynəlxalq aləmdə fikir ayrılıqları gözləyirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gallup” sosioloji xidmətinin dərc etdiyi sorğunun nəticələrində qeyd olunub.
“Bir neçə çətin ildən sonra amerikalılar 2023-cü ilə ABŞ üçün əsasən qaranlıq bir perspektivlə qədəm qoyurlar”, - “Gallup”un veb-saytında dərc edilən məqalədə deyilir. Sorğuya görə, ölkədə hər 10 nəfərdən təxminən 8-i bu il iqtisadi çətinliklər, vergi artımı və büdcə kəsirinin artacağını gözləyir. Respondentlərin 60 faizdən çoxu birjada qiymətlərin daha da artacağını və ya düşəcəyini proqnozlaşdırır, təxminən yarısı işsizliyin yüksələcəyini ehtimal edir. Bununla yanaşı, ölkə sakinlərinin 90 faizi 2023-cü ilin ABŞ-da siyasi qarşıdurmalar ili olacağına inanır, respondentlərin 72 faizi cinayətkarlığın artacağını, 56 faizi həmkarlar ittifaqları tərəfindən təşkil edilən çoxlu sayda tətillərin olacağını gözləyir.
Sorğu iştirakçılarının 85 faizi beynəlxalq münasibətlər baxımından yeni ilin fikir ayrılıqları ilə dolu olacağına inanır. Bundan əlavə, respondentlərin 64 faizi ABŞ və Rusiyanın dünyadakı təsirinin azalacağını, 73 faizi isə Çinin təsirinin artacağını proqnozlaşdırır.
Qeyd edək ki, sorğu ötən il dekabrın 5-dən 19-dək aparılıb. Araşdırmada neçə nəfərin iştirak etdiyi göstərilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır