Menu
Xəbər Lenti
19 Ara 17:52Mədəniyyət

Türkiyənin dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpası nəzərdə tutulur

Azərbaycan ilə Türkiyə arasında mədəni irsin qorunması və bərpası sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində vacib addımlar atılmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpa olunması ilə bağlı işlər görülür: “Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır