Menu
Xəbər Lenti
Neft bahalaşır
Dün, 09:46

Neft bahalaşır

Əli Əsədov iclas keçirdi
7-05-2021, 16:48

Əli Əsədov iclas keçirdi

Ölənlərin sayı azaldı
7-05-2021, 16:03

Ölənlərin sayı azaldı

Sabah hava buludlu olacaq
7-05-2021, 12:59

Sabah hava buludlu olacaq

30 apr 13:37Gündəm / Sosial / Bölgə

“Şuşada yanan tonqala alqış”

Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək şanlı Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 28 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Qəsri-Qala Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəli idi. 

Ruhun şad olsun Azərbaycan Şəhidi. 

Bütün Azərbaycan xalqı sizinlə fəxr edir.

Azər Mərdaləyev
Sahibkar-iş adamı, vətənpərvər insan