Xəbər Lenti
Bugün, 13:39
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
Bugün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bugün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Bugün, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
24-04-2024, 07:00
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
24-04-2024, 06:04
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
19 Mrt 15:29Manşet / İqtisadiyyat
Ərzaq malları barədə tənzimləyici qərarın verilməsi tam məntiqlidir - İqtisadçı
Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarı gözlənilən idi və bu haqda dolayı yolla anons verilmişdi. Söhbət ən zəruri qida məhsulları üzrə yerli istehsala aid bir sıra malların ölkədən kənara çıxarılması və yaxud satışı sahəsində nəzarət yaradılacağından gedir. Belə ki, həmin məhsullar üzrə ölkədə real vəziyyət, əldə olan ehtiyatlar və əhalinin bu növ mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürüləcək. Və yalnız bundan sonra kənara çıxarılmağa, yaxud satışa icazə veriləcək. Adıçəkilən qərar bu sahədə proseduru müəyyən edir.
Bunu suallara cavabında iqtisadçı Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, əslində, ortada qorxulu heç bir mənzərə və tendensiya yoxdur, hər şey qaydasındadır. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qlobal bazarlarda, istehsal və istehlak münasibətlərində bir təlatüm hökm sürür. Bütün ölkələrdə ciddi inflasiya müşahidə olunur. Qiymətlər yüksəlir, bahalaşma genişlənir. Avropada enerji daşıyıcıları qiymətlərinin kəlləçarxa çatması rekord səviyyədə inflyasiya göstəricisi meydana çıxardıb. Odur ki, müəyyən məhsullar üzrə çatışmazlıq yaranacağı gözləntisi var. Bunu qarşılamaq üçün və daxili istehlak bazarında disbalansın yaranmaması üçün indidən müəyyən addımlar atılmalıdır.
"Hökumətin parlamentdə bu yaxında verdiyi hesabat zamanı da bu məsələlərə toxunuldu. Xatırladım ki, hökumət bundan əvvəl antiinflyasiya tədbirləri haqda qərar da vermişdi. Ardınca müəyyən qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət ediləcəyi, yəni bu sahədə də müvafiq tənzimləyici siyasətin yeridiləcəyi haqda qərar verilməsi tam məntiqlidir. Çünki iş adamlarımızın və sahibkarların çıxdıqları, xüsusən, yaxın və ənənəvi bazarlarda kəskin qiymət artımları və inflyasiya prosesi mövcuddur. Bu isə daxili bazarımızın qorunmasının qayğısına qalmağı tələb edir", - ekspert əlavə edib.