Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Qərbi Azərbaycan İcmasından ABŞ dövlət katibinə CAVAB
“ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil edib. Əvvəla, heç kim ABŞ-yə dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-nin belə bir praktikadan istifadə etməsi yalançı amerikan müstəsnalığının təzahürüdür”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.
Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”:
“Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur.
ABŞ-nin ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-nin özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun.
ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır”.
ABŞ-nin din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”.























































