Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

18 Eyl 06:56Manşet / Şou-biznes

Keti Perrinin keçmiş əri zorlamada ittiham olunur

 

Amerikalı müğənni Keti Perrinin keçmiş əri, britaniyalı aktyor və komediya ustası Rassel Brend zorlama, cinsi təcavüz və emosional zorakılıqda ittiham olunub.

Qeyd olunur ki, dörd qadın ittihamlarla çıxış edib, onlardan biri hadisə zamanı 16 yaşında olub. Onların sözlərinə görə, zorakılıq epizodları 2006-2013-cü illər arasında baş verib. Xüsusilə də qadınlardan biri aktyorun Los-Ancelesdəki evində ona təcavüz etdiyini iddia edir. Daha sonra həmin gün ona zorlama ilə mübarizə üzrə böhran mərkəzində tibbi yardım göstəriblər. Həmçinin bir neçə qadın da Brendi idarəolunmaz və təhqiramiz davranışda ittiham edib.

Öz növbəsində aktyor ona qarşı irəli sürülən ittihamları rədd edib. O, bütün münasibətlərinin ikitərəfli razılıq əsasında olduğunu iddia edir.

Mənbə: Oxu.Az